Liviyanın sabiq baş naziri oğurlandı

OXUNUB: 631 DÜNYA

Avqustun 14-ə keçən gecə Tripolidə 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb.

Hoteldən oğurlanan Ə.Zeydan bir qrup silahlı tərəfindən naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Əli Zeydan 2013-cü ildə ölkənin baş naziri olarkən silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı.  2012-ci ildə Liviyada səsvermə nəticəsində seçilən Ümummilli Konqres Ə.Zeydanı baş nazir təyin etmişdi.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada üç hakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş və dünya ictimaiyyəti tərəfindən tanınan parlament ölkənin şərqindəki Tobruk şəhərində, tanınmamış Milli Qurtuluş hökuməti Misurata şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir./apa

 

İcmal.Az

RƏYLƏR