Ölkədə evlənənlərin sayı azalıb

OXUNUB: 846 İQTİSADİYYAT

Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən İcmal.Az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, ötən ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13305 nikah və 3611 boşanma halları qeydə alınmışdı. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 idi.

İcmal.Az

RƏYLƏR