Ölkədə valyuta satışı ilə bağlı STATİSTİKA açıqlandı - 364,1 milyon dollar satılıb

OXUNUB: 957 İQTİSADİYYAT

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin fevral ayı ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

İcmal.Az

RƏYLƏR