Ölkədən qaçan tələbə axtarışa verildi

OXUNUB: 617 SOSİAL

Bu gün Yasamal rayon məhkəməsində BDU-nun "İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin icraatında olan prosesdə Z.Mirağayevanın növbəti dəfə məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə onun barəsində axtarış qərarı verib.

Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə tapşırılıb. Z.Mirağayev tapılıb gətirilənə qədər işin icraatı dayandırılıb.

Qeyd edək ki, ötən iclasdan sonra bəlli olub ki, Z.Mirağayev artıq Azərbaycanı tərk edərək xarici ölkəyə köçüb.  /qafqazinfo

 İcmal.Az



RƏYLƏR