Ölkəmizdə “toy biznes”i – ARAŞDIRMA

OXUNUB: 1132 İQTİSADİYYAT

"Azərbaycanlılar toy etməyi sevirlər. Təkcə onu qeyd edək ki, BMT-nin bu sahə ilə bağlı bu ilin yanvarındakı məruzəsində toy xərclərinə görə Azərbaycan birinci yerdə qərarlaşıb.

Bu gün iqtisadi böhrana baxmayaraq, ölkədə toylar əvvəlki templə davam etməkdədir və bəzi ekspertlər, hətta "toy qarşılıqlı kömək kassası”nı ölkə iqtisadiyyatının əsası saymaqdadırlar.

Çoxları toya öz borcunu qaytarmağa gəlir, həm də toy mərasimi ilə geyim mağazası, nəqliyyat, fotoqraf, musiqiçilər və və s. kimi strukturlar məşğul olurlar, bunların çoxu vergi ödəyiciləridir”.

İcmal.Az xəbər verir ki, "EcoFin”in məlumatına görə, ekspert Fuad Əlizadə "Exo qəzetinə toylarla bağlı vəziyyəti şərh edərkən belə beyib.

Ekspert hesab edir ki, müğənnilər məsələsi neçə illərdir müzakirə olunsa da, nəticə yoxdur, Azərbaycan mentalitetində toylarda maliyyə məsələsi əsas rol oynayır və hətta iqtisadiyyatın ağır zamanında belə arxa plana keçirilmir: 

"Hətta bu məsələ ilə bağlı qanunvericilik qaydasında qərarlar qəbul olunması təklif edilsə də, bu söz olmaqdan o yana keçmədi”.

F.Əlizadə deyir ki, indi bu mövzu arxa plana keçib, belə ki, ölkədə iqtisadi böhran, manatın devalvasiyası ilə bağlı qiymətlər bir qədər aşağı düşüb, həm də verilən yeməklərin çeşidləri azalıb: 

"İndi neqativ onu saymaq olar ki, valideynlər toya təsadüfi adamları da çağırır, toy qohum-əqrəbanın və yaxın tanışların təntənəsinə yox, bəzən açıq vəsait yığılmasına dönür”.

F.Əlizadə hesab edir ki, hazırda Azərbaycanda toy şənlikləri biznesə çevrilib.

Ekspert deyir ki, bütün bu cəhətlər vergi orqanlarının diqqətini özünə çəkib və şadlıq evlərində də bəzi neqativlər var: "Çox olur ki, şadlıq saraylarının sahibləri dövriyyəni aşağı göstərir, xidmət edən personalın sayını qeydə almırlar, müğənnilər isə gəlirlərini az göstərməklə dövlət vergilərini ödəməkdən imtina edirlər”.

Qeyd edək ki, mətbuatda, Milli Məclisdə dəfələrlə günün toyları və onların səviyyələri haqqında yazılıb, danışılıb. Ancaq  toylar düzəlmək əvəzinə daha da bayağılaşır, yersiz rəqabət, israfçılıq meydanına çevrilir.

RƏYLƏR