Ölkəmizə gətirilən bu mallardan gömrük rüsumu alınmayacaq

OXUNUB: 932 İQTİSADİYYAT

Sabahdan Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azaddır.

 Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, "Velosiped istehsalı məqsədilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib. İyunun 22-də dərc edilən qərar 30 gün sonra, iyulun 23-də qüvvəyə minir və 2  il müddətində qüvvədə olacaq./apa

 

İcmal.Az

RƏYLƏR