Ölkəmizin iki məşhuru “Greencard” udub

OXUNUB: 985 ŞOU-BİZNES
Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb.

Budəfəki uduşda 224 Azərbaycan vətəndaşı "Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısında yer alıb.

Bundan əlavə, siyahıda Elmir Məhərrəmov və Elariz Məmmədoğlunun olmasını "Greencard Azerbaijan”in rəsmisi Royal Cəfərov təsdiqləyib./qafqazinfo
 
İcmal.Az

RƏYLƏR