Ölkəyə banan idxalı artıb - SƏBƏB

OXUNUB: 689 İQTİSADİYYAT

Bu ilin birinci rübündə Azərbaycana 8,8 min ton banan idxal edilib. 

Dövlət Statistika Komitəsindən İcmal.Az-a verilən məlumata görə, bu məşhur tropik meyvənin idxalı 23,6% artıb. 

Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib.

Azərbaycana banan idxalı, əsasən, "Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

İqtisadçı-ekspert Qubad İbadoglu hesab edir ki, ölkədə banan istehlakının artımı onun qeydiyyatsız idxalının azalması ilə izah oluna bilər. 

İcmal.Az

RƏYLƏR