Londonda güclü yanğın: 1 ölü, 30 yaralı (VİDEO)

OXUNUB: 970 DÜNYA HADİSƏ

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.

"BBC”xəbər verir ki, 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir.

Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

***
09:38 

Londonun mərkəzində 27 mərtəbəli yaşayış binasında yanğın baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci mərtəbədə başlayan yanğın bütün binanı əhatə edib.

Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower” binasında baş verən yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən cəlb olunub.

Hazırda sakinlərin təxliyəsi həyata keçirilir. Yanğın nəticəsində 30 nəfər yaxın insanın xəstəxanaya aparıldığı bildirilir. 

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

RƏYLƏR