Londonda ikimərtəbəli avtobus mağazaya çırpıldı: yaralılar var

OXUNUB: 683 DÜNYA

Londonda ikimərtəbəli avtobus qəza törədərək mağazaya çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Avtobusun sürücüsü də xəstəxanaya yerləşdirilib.

Toqquşma nəticəsində mağazanın ön hissəsi tamamilə dağılıb.

 

Hazırda xəsarət alanların sayı və onların vəziyyəti müəyyənləşdirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis faktla bağlı araşdırmaya başlayıb./trend

 

İcmal.Az


RƏYLƏR