Londonda insident: Ölən və yaralananlar var – FOTO + VİDEO

OXUNUB: 682 DÜNYA

Londonda miniven tipli avtomobil piyadaları vurub, ölən və xəsarət alanlar var.

Bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

"Sky News” telekanalının hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. /apa

İcmal.Az

 


 

RƏYLƏR