Londonda “Tottenhem”in stadionu sökülür – VİDEO

OXUNUB: 962 İDMAN

"BBC Sport” portalı "Tvitter” səhifəsində Londonda "Tottenhem”in ev stadionu "The White Hart Lane”nin sökülməsi əks olunan video paylaşıb. 

İcmal.Az xəbər verir ki, "Tottenhem” komandasının son oyunundan sonra stadionda demontaj işləri başlanılıb. 

Komanda İngiltərə premyer-liqasının 37-ci turunda "Mançester Yunayted”ə qalib gəlib (2:1). 

"The White Hart Lane” stadionunda Britaniya komandası 1899-cu ildən oynayır. Klub üçün yeni arenanın inşaatı 2018-ci ildə başa çatacaq. 

İcmal.Az

RƏYLƏR