“Loqos” da “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin növbəti mərhələsi başa çatıb

OXUNUB: 746 SOSİAL
"Loqos” və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi  tərəfindən "Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin növbəti mərhələsinin ikinci təlimi keçirilib. Təlimlər "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb. 
Keçirilən ikinci təlimdə iştirakçılara "Layihələrdə büdcə təşkili qaydaları " haqqında geniş məlumat verilib. Daha sonra komandalara verilən praktik tapşırığın əsasında hazırlanan layihələrin təqdimatı olub.
Təlimin sonunda iştirakçılar test tapşırıqlarını icra ediblər. 
Məlumat üçün bildirək ki, "Loqos”da başlanan bu təlimlər davamlı olacaq.
 
İcmal.Az

RƏYLƏR