“Loqos” növbəti uğurunu təqdimat edib

OXUNUB: 747 GÜNDƏM QHT
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan”) üzvləri üçün təşkil edildiyi aylıq işgüzar naharda iştirak edib.
Təşkil edilən naharda "Loqos” un rəhbəri Təranə Məmmədova, AQSİA –nın rəhbəri Səkinə Babayeva, "Loqos” un şöbə rəhbərləri Leyla Kərimova, Günel Axundova və Kamran Məmmədov iştirak ediblər. 
 İşgüzar naharda "AmCham”ın üzvləri tərəfindən təqdimatlar keçirilib. 
Tədbirdə "Psytech” Azərbaycanın koordinatoru, "Loqos” un Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri  Kamran Məmmədov tərəfindən təqdimat edilib, "Psytech” haqqında məlumat verilib və tanıtım video çarxı nümayiş olunub.  
Məlumat üçün bildirək ki, "Psytech” –in Azərbaycan üzrə nümayəndəsi olan "Loqos” bu sahədə ilkə imza atıbdır. 
Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.




RƏYLƏR