Ölüm döşəyində olan qadının son arzusu yerinə yetirildi - FOTO

OXUNUB: 601 DÜNYA

Ölüm döşəyində olan yaşlı qadının okeanı seyr edərkən çəkilən fotosu sosial şəbəkədə böyük rezonansa səbəb olub.

 Avstraliyanın Kuinslend əyalətində təcili tibbi yardım personalı okeanı görmək istəyən xəstənin son arzusunu yerinə yetirib.

Hervey çimərliyində maşından endirilərək okeanı seyr edən və dəniz suyunun dadına baxan qadın "Hüzur içindəyəm" dedi və bir müddət sonra xəstəxanaya aparılanda yoldaca keçindi.

 
 

Təcili tibbi yardım işçisi Greym Kuper deyib: "Həyatının sonuna çatan bir insana qulluq etmək, onunla maraqlanmaq çox özəl bir hissdir. Çox güclü, çox təsirli bir təcrübədir"./ölkə

İcmal.Az

RƏYLƏR