Ölümü ilə 5 nəfərə can verən 16 yaşlı qızın anasının bu sözləri ÜRƏK DAĞLADI

OXUNUB: 635 DÜNYA

Antalyada 16 yaşlı məktəbli Nihan Ereni vuraraq öldürən 21 yaşlı sürücü Tahsin Ö. şərti cəza adı ilə sərbəst buraxılıb.

Qəzadan 3 gün sonra dünyasını dəyişən mərhum qızın ailəsi bir gün belə həbsdə qalmayan sürücü barədə yenidən istintaq aparılması üçün prokurorluğa müraciət edib.

Qəzadan 20 dəqiqə öncə qızıyla danışdığını söyləyən anası Name Eren "Anadolu lisesi şagirdi idi. Çox bacarıqlı idi. Şəhadətnaməsini alıb evə gələrkən canından oldu. Ölümündən sonra 5 nəfərə can verdi. Amma qatili 4 aydır azadlıqda. Nihan üçün ədalətin bərqərar olmasını istəyirik" deyib./milli

 

 

İcmal.Az

RƏYLƏR