Luqanskda azərbaycanlı minaya düşərək ölüb

OXUNUB: 709 HADİSƏ

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

 

 İcmal.Az xəbər verir ki,Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

 

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

 

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

 

Xatırladaq ki, Bryankovsk rayonu separatçı "Luqansk Xalq Respublikası”nın nəzarətindədir.

 

 

 

 İcmal.Az

RƏYLƏR