Lütvəli Babayev qardaşının faciəli ölümündən danışdı: “Ürəyi tutub...”

OXUNUB: 1073 GÜNDƏM HADİSƏ

Zərdab rayonunun icra başçısı Lütvəli Babayev qardaşının Rusiyada düşdüyü qəzadan danışıb.


O, BakuPost.az-a açıqlamasında qardaşı Əliağa Babayevin qəza nəticəsində həyatını itirdiyini təsdiqləyib. Bildirib ki, qardaşının qəzaya düşməsinə səbəb ürəyindəki kəskin ağrılar olub: "Qəzaya düşdüyü gün səhər saatlarında həkimdə olub. Onun ürəyində problem var idi. Stend qoyulmuşdu. Həkimdən çıxıb, minib maşına. Tək imiş. Qəzaya düşməsinə səbəb kimi ilkin olaraq ürəyindən kəskin ağrıların tutması göstərilir. Mütəxəssislər bildirir ki, ürəyi qəfildən tutub və  yoldan çıxıb, qəza olub. Təhlükəsizlik kəmərini də bağlamayıbmış. Bütün təhlükəsizlik yastıqları açılıb. Qəzaya "Lexus”la düşüb. Kəməri bağlasaydı, bəlkə də ölməzdi”.


İcra başçısı bildirib ki, Ə.Babayevin nəşi sabah 13:30-da Azərbaycana gətiriləcək və Mingəçevirdə dəfn olunacaq.


RƏYLƏR