Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır

OXUNUB: 93 QHT
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Macarıstan İşgəncələr Əleyhinə Fondu ziyarət edib. Fondun proqramlar departamentinin rəhbəri xanım Dorottya Atal ilə görüşən hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilat barədə geniş məlumat verib, Azərbaycanın üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı məcburi köçkünlər haqqında söz açıb.

Münaqişə zamanı və sonrakı illərdə yüzlərlə azərbaycanlı mülki şəxsin əsir və girov götürüldüyünü deyən ADİHİ rəhbəri Əhməd Şahidov 2014-cü ilin İyul ayında erməni silahlı birləşmələri tərəfindən girov götürülən azərbaycanlı mülki şəxslər – Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb və davamlı işgəncələr nəticəsində Həsən Həsənovun vəfat etdiyini bildirib. Digər iki azərbaycanlı girovların bugün də davamlı işgəncələrə məruz qaldıqlarını bildirən hüquq müdafiəçisi Dilqəm və Şahbazın fotolarını nümayiş etdirib və Macarıstanlı həmkarlarından bu məsələdə köməklik göstərilməsini xahiş edib.

Məsələ ilə bağlı maraqlanacaqlarını deyən Macarıstan İşgəncələr Əleyhinə Fondunun nümayəndəsi xanım Dorottya Atal məsələ ilə bağlı beynəlxalq qurumlara və Ermənistan hökumətinə sorğular göndərəcəklərini də deyib.
 
 
 

RƏYLƏR