"MADO"da müştərilərə qarşı tərbiyəsizlik - "GƏNCLİK MALL"da

OXUNUB: 7453 Özəl Seçilmiş Önəmli
7NEWS.az xəbər verir ki, son zamanlar ölkəmizdə fəaliyyət göstərən bəzi restoranlar öz kobud davranışları, hörmətsizlikləri ilə "seçilməkdədirlər". Müştərilərə qarşı yersiz və kobud davranışları ilə etiraza səbəb olan restoranlardan biri də "MADO"dur. Əvvələr FETOÇUlara aid olduğu deyilən restoran bu dəfə daha biabırçı addımı ilə gündəmə gəlib. Bu barədə tanınmış jurnalist İlkin Muradov yazıb. Yazını təqdim edirik: "Bu gün "Gənclik Mall"dakı Madoda oturmuşduq. İki müştəriyə qarşı çox böyük hörmətsizliyin şahidi olduq. Məsələ müştərinin kənardan yeyəcək, içəcək kimi nəsə gətirməsi idi. Amma baxır nə da? Əvvəlcə bir oğlan əlində kofe gəldi. Masada əyləşdi və sifariş verməyə hazırlaşırdı. Ofisiant yaxınlaşdı ki, kənardan içki gətirmək olmaz. Müştəri də izah elədi ki, bura yemək yeməyə gəlib, kofeni də ticarət mərkəzində gəzərkən alıb və içməsində də qəbahət yoxdur. Amma müdriyyətin dəxlisiz inadı müştərini getməyə məcbur elədi. Halbuki adam qonağı ilə nahar edəcəkdi. Sonra iki xanımla bir uşaq gəldi və bizim yan masada əyləşdi. Xanımlar yemək sifariş verdi. Bu zaman xanım çantadan uşaq üçün bir şirniyyat çıxardı. Yenə ofisiant qaçaraq gəldi ki, müdiriyyət icazə vermir. Axı bu qədər kobudluq, hörmətsizlik olmaz. Hər iki epizodda ən azı 30-40 manatlıq sifariş verirdilər. Kimsə qazanda küftə, bozbaş gətirmir və ya özü ilə tort gətirib sizdən sadəcə çay almır ki. Həqiqətən də hər iki mənzərə biabırçılıq idi. Onsuz da qiymətləri od tutub yanan Madoya getməmək qərarı aldıq"
Ölkəmizdə fəaliyyət göstərərək milyonlar qazanan bu restoranı artıq sosial şəbəkələrdə yüzlərlə insan açıq şəkildə etiraz ediblər. Etirazçıların bir çoxu "özünə hörmət edən insan, ailə bu obyektə getməməli və onu boykot etməlidir" kimi çağırışlar edirlər. Restoranla əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu.
Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_181203_004715_465.sdoc -->

RƏYLƏR