"Mado"nun sahibi diaspora sədrinə külli miqdarda pul “atdı” - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 1815 Özəl HADİSƏ
Azərbaycanın Özbəkistandakı diasporasının ilk qurucusu  və hal-hazırda fəxri sədri  olan Mobil Məmmədov dələduzluq faktı ilə qarşılaşdığıni bildirib. Vətəninfo.az xəbər verir ki,Azərbaycanda məhşur ticarət mərkəzlərindən olan "Mado" restoranlar şəbəkəsinin sahibi Ramiz Kazımov Özbəkistandakı Azərbaycan diaspora rəhbərlərindən Mobil Məmmədova olan 178 min dollar olan borcunu bu günə qədər  qaytarmır.
 
Hələ 2014-cü ildə dələduzluqla qarşılaşdığını bildirən M. Məmmədov bu günə qədər ona məxsus olan pulunu Ramiz Kazımovdan ala bilmir.
 
Mobil Məmmədov açıqlamasında bildirib ki, Ramiz Kazımov borcu qaytarmaq yerinə qaçıb gizlənir:
 
" Artıq neçə gündü Bakıdayam. Lakin bu günə qədər Ramiz Kazımovla görüşə bilməmişəm. Hər dəfə onunla görüşə cəhd etsəm də o  qaçıb gizlənir.Neçənci dəfədir ki,gəlirəm.Hər dəfə də pulu qaytarmaq yerinə mənə müxtəlif adamlarla xəbər göndərərək  FETO ilə hədələyir. Bununla bağlı əlimdə faktlar var. "Mado" restoranlar şəbəkəsinin sahibi Ramiz Kazımov mənə deyir ki, arxamda Xoca Əfəni(Fətullah Gülən) durub, FETO  məni dəstəkləyir, əlindən gələni nə bilirsən et".
 
Qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da, bu cəhdlərimiz uğursuz oldu. Ramiz Kazımov telefon zənglərimizə cavab vermədi.

RƏYLƏR