“Madridlə müqayisədə Bakı “master-class” göstərdi” ÖZƏL-MÜNASİBƏT

OXUNUB: 813 İDMAN

"Bakıda keçirilən "Arsenal”- "Çelsi” matçı sözün əsl mənasında dünya üçün nümunə oldu. Bu qənaətə gəlmək üçün sadəcə "twitter üzərindən” xarici azarkeşlərin və futbolçuların paylaşımlarını görmək kifayət edirdi”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

"UEFA rəhbəri də rəsmi şəkildə bəyan etdi ki, ermənilərin KİV vasitəsilə saxta məlumatları onu maraqlandırmır. Bu qənaəti stimullaşdıran əsas səbəblərdən biri də Madriddə reallaşan çempionat oldu. Bərbad təşkilatçılıq, texniki qüsurlar, təhlükəsizlik məsələlərindəki boşluqlar futbol azakerlərini ciddi məyus etdi. Və artıq biz 2 gündür sosial şəbəkələrdə ayrı-ayrı ölkə vətəndaşlarının "Bakı daha möhtəşəm idi” məzmunlu paylaşımlarını görürük. Əslində Bakı son 10 ildə olduqca ciddi siyasi, iqtisadi, idman tədbirlərinin poliqonuna çevrilib. Və Avroliqanın yüksək səviyyədə təşkili heç kimdə şübhə doğurmurdu. Sadəcə biz növbəti dəfə erməni xislətinin hücumu ilə rastlaşdıq. Mxitaryan isə qazdığı quyuya özü düşdü, özü ilə bərabər Ermınistanı da apardı. Madridlə müqayisədə Bakı "master-class” göstərdi”.

İcmal.Az

RƏYLƏR