Maduro həbs ediləcək - İDDİA

OXUNUB: 729 DÜNYA

Venesuela prezidenti Nikolas Maduro həbs ediləcək.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinə sui-qəsdə iştirakda ittiham edilmiş Venesuela parlamentinin müxalifət deputatı Xulio Borxes bildirib.

"Nikolas Maduronun ittihamlarına mənim cavabım budur: biz onu hakimiyyətsiz və həbs edilmiş görəcəyik. Maduro Venesuelada zorakılığın tək ilhamverənidir. Venesuelaya qısa müddətdə inkişaf, demokratik və dinc dəyişiklik lazımdır”, - Borxes KİV üçün bəyanatında deyib.

Qeyd edək ki, avqustun 5-də parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya prezidenti Xuan Manuel Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi ittihamları rədd edib.

İcmal.Az

RƏYLƏR