Mafiyaya qarşı reydlərdə mer həbs olundu

OXUNUB: 550 DÜNYA

İtaliyada "Koza-nostra” adı il tanınan Siciliya mafiyasına qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının keçirdiyi irimiqyaslı əməliyyatda 56 nəfər həbs olunub. Saxlanılanlar arasında Aqricento əyalətinin 16 müxtəlif mafiya ailəsinin nümayəndələri və San-Bacio-Platani şəhərinin meri yer alır.

Həbs olunan 56 nəfərin hər biri mütəşəkkil mafiya dəstəsi yaratmaq, yerli şirkətlərə qarşı soyğunçuluq, narkotik vasitələrin qanunsuz dövriyəsində iştirak etməkdə ittiham olunur.

Mafiya üzvlərinə aid yeddi şirkətin aktivləri dövlət tərəfindən müsadirə olunub, onlarla müxtəlif şirkət və qurumda axtarışlar həyata keçirilir.

Saxlanılanlar arasında yer alan Santo Sabella üç minlik əhalisi olan San-Bacio-Platani şəhərinin meridir. Müstəntiqlər əmindir ki, Santo Sabellə bu vəzifəni məhz "Koza-nostra” ilə olan əlaqələri hesabına əldə edib və 2014-cü ilin may ayında bələdiyyə seçkilərində gələcəkdə dövlət kontraktlarının verilməsi müqabilində namizədlərin onu dəstəkləməsini mafiya ilə razılaşdırıb.

İstintaq zamanı merin təkcə Siciliyada yerli "Koza-nostra” cinayətkar dəstələri və ailələri ilə deyil, eyni zamanda, İtaliyanın bütün "materik” ərazisində fəaliyyətdə olan "Ndranqeta” adlı kalabriya mafiyası ilə əlaqələri ifşa olunub.

Aqricento tarixinin ən iri əməliyyatına çevrilmiş reydlərdə 400 hüquq-mühafizə orqanı əməkdaşı, kinoloqlar iştirak edib, havaya helikopter qaldırılıb./oxu

İcmal.Az

RƏYLƏR