Mahmudovun “sağ əli”nin oğlunun məhkəməsi gizlədilir

OXUNUB: 915 HADİSƏ

Eldar Mahmudovun avtomobil biznesini idarə edən Dəmir Abdullayevin MTN-də işləmiş oğlu Mehman Abdullayevin cinayət işi məhkəməyə göndərilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "MTN işi” ilə bağlı bütün məhkəmələr medianın diqqətində olsa da, bu şəxsin istintaqı və məhkəmə prosesi haqda demək olar ki, heç nə yazılmayıb.

Belə ki, M.Abdullayevin cinayət işi üzrə istintaq ötən ilin oktyabr ayının sonunda yekunlaşıb və noyabrın 4-də iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

M.Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

Qeyd edək ki, uzun müddət maşın alveri ilə məşğul olan D.Abdullayev daha sonra Eldar Mahmudova məxsus "Kristal Motors" maşın satışı mərkəzinə rəhbərlik edib. Mərkəz Azərbaycanda ən bahalı maşınlar olan "Yaquar" və "Rənc Rover" avtomobillərinin satışını həyata keçirib. 

İcmal.Az

RƏYLƏR