Makron qələbə qazandı - Fransanın ən gənc prezidenti oldu+ Yenilənib

OXUNUB: 880 DÜNYA

Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

İcmal.Az xəbər verir ki, prezidentlik postu uğrunda Emanuel Makron və  Marin Le Pen mübarizə aparır.

***

"Gazeta.ru” xəbər verir ki, "İrəli” hərəkatının lideri Emmanuel Makron rəqibi,  "Milli cəbhə" partiyasının başçısı Marin Le Peni seçkidə udur. Belə ki, 4 fərqli təşkilatın məlumatına görə, o, seçicilərin 60 faizindən səs qazanıb. 

Qeyd edək ki, seçkilər Paris vaxtı ilə saat 20:00-da yekunlaşacaq.

***

"Ria Novosti”nin məlumatına görə, Makron seçkilərdə 59,93 faiz səs, Marin Le Pen isə 40,07 faiz səs toplayıb. 

Səsvermədə qalib gələn 39 yaşlı E. Makron Fransanın ən gənc prezidenti hesab olunur.

"Tass.ru” xəbər verir ki, Marin Le Pen rəqibi Emmanuel Makronu prezident seçkilərinin ikinci turundakı qələbəsi münasibətilə zəng edərək təbrik edib.

"Mən qalibi təbrik etdim və dövlətin maraqları naminə ona uğurlar arzuladım”, - deyə "Milli cəbhə”nin lideri vurğulayıb.

Qeyd edək ki, E. Makron prezident postunda Fransua Ollandı əvəz edəcək.

 

İcmal.Az

RƏYLƏR