Malayziyada timsah fəhləni yeyib

OXUNUB: 650 DÜNYA

Malayziyanın Sabah ştatında timsahın yediyi fəhlənin qalıqları tapılıb.

 Bu barədə New Straits Times nəşri məlumat yayıb.

Yerli sakin bazar günü, noyabrın 5-də itkin düşüb. O, balıq tutmağa gedib və bir daha geri qayıtmayıb. Şahidlər iddia edirdilər ki, ona timsah hücum edib.

Xilasedicilər iki gün müddətində fəhlə işləyən kişini axtarıblar və sonda onun qalıqlarını hadisə yerindən yeddi kilometr aralıda aşkarlayıblar.

Rəsmi məlumata əsasən, 2010-cu ildən 2016-cı ilə qədər timsahlar  27 Malayziya sakinini öldürüblər./oxu

İcmal.Az

RƏYLƏR