Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara tövsiyə

OXUNUB: 998 İQTİSADİYYAT
Bakıda keçiriləcək "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq yarışların keçiriləcəyi günlərdə paytaxt daxil olmaqla, respublikanın bütün regionlarında quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin olunacaq.  

Bu barədə İcmal.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. 

"Bununla əlaqədar olaraq, yarışların dövründə ödəniş kartı infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması məqsədilə profilaktik tədbirlərin keçirilməməsi və sistem yeniliklərinin aparılmaması banklara tövsiyə olunub. 

Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə idman komplekslərində və ətraf ərazilərdə, habelə şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daim işlək vəziyyətdə olması və bankomat şəbəkəsinin nağd pul vəsaitləri ilə təchiz edilməsi banklar tərəfindən mütəmadi qaydada monitorinq olunacaq”, - deyə Palatanın mətbuat xidmətindən bildirilib.
 
İcmal.Az

RƏYLƏR