Maliyyə bazarlarında neftin qiymətinin artması ilə bağlı ehtimallar azalır

OXUNUB: 135 Özəl AZƏRBAYCAN MÜSAHİBƏ HƏFTƏLİK İCMAL

Bakı. 29 aprel. / Qlobal maliyyə bazarlarında investorların neft qiymətlərinin artmasına olan inamı azalmağa başlayıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əmtəə Fyuçersləri üzrə Ticarət Komissiyasının (CFTC) hesabatına əsasən məlumat verilir. Belə ki, hesabata görə, 19-25 aprel tarixlərində WTI markalı neft opsionları və fyuçerslərində xalis uzun spekulyativ mövqe 67 943 kontrakt azalaraq 255 421-ə enib. Bu isə son 4 həftənin ən minimal səviyyəsi hesab olunur.

Hesabat həftəsində uzun mövqe kontraktları (yəni, neft qiymətlərinin artmasına hesablanan) 51 465 ədəd azalaraq 335 252-yə enərək son 3 həftənin minimumuna düşüb. Qısa mövqe isə (qiymətlərin azalmasına hesablanan) 16 478 kontrakt artaraq 79 831-ə çatıb və 3 həftəlik maksimuma yüksəlib.

Qeyd edək ki, xalis mövqe uzun və qısa mövqelər arasındakı fərqi göstərir. 

RƏYLƏR