“Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun parlamentin payız sessiyasına qaldı

OXUNUB: 654 İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hazırladığı "Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun layihəsi gələn il təsdiq üçün Milli Məclisin payız sessiyasına təqdim olunacaq.

İcmal.Az Report-a istindən xəbər verir ki, bu barədə Bakıda keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda MBNP-nin Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.

Onun sözlərinə görə, bu, vahid çərçivə qanunu olacaq: "Söhbət maliyyə bazarlarını tənzimləyən vahid hüquqi çərçivənin yaradılmasından, risk əsaslı və qabaqlayıcı tənzimləmə və nəzarət tədbirlərinin görülməsindən, nəzarət tədbirləri zamanı yeni alətlərin tətbiqindən və s.-dən gedir”.

Bundan başqa, gələn il Azərbaycan parlamenti "Ödəniş sistemləri haqqında” qanun layihəsinə baxmalı olacaq. N.Babayev deyib ki, indiyə qədər ölkədə ödəniş sistemləri tənzimlənməsə də, artıq buna ehtiyac yaranıb: "Bu günə qədər, bəlkə də, yaxşı olub ki, ödəniş sistemlərinin fəaliyyətini tənzimləməmişik, onlara kapital tələbi qoymamışıq və inkişaf ediblər. Amma artıq tənzimləməyə ehtiyac yaranıb”.

İcmal.Az

RƏYLƏR