Maliyyə naziri Siyavuş Novruzovun fikirlərinə münasibət bildirdi

OXUNUB: 615 İQTİSADİYYAT

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, S.Şərifov "Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərlə razılaşmıram", - deyib.

Qeyd edək ki, S.Novruzov Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxışında "Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır",  - fikrini səsləndirib.

Nazir S.Novruzovun "Azərbaycanın milli və dini adət-ənənələrini nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək”, - fikirlərinə də münasibət bildirib.

S.Şərifov deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç vaxt burada özümü qonaq kimi hiss etməyib: "Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın - hakim Yeni Azərbaycan Partiyasının üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Nazir qeyd edib ki, Milli Məclis dövlət büdcəsinin artırılması ilə bağlı təklif irəli sürə bilər: "Belə olan halda məsələyə baxıla bilər”.

İcmal.Az


RƏYLƏR