Manaf oğluna Məhərrəmliyin ilk günü toy edir

OXUNUB: 834 ŞOU-BİZNES

Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır.

İcmal.Az Primetime.az-a istinadən xəbər verir ki, məclis yalnız kişilər üçün nəzərdə tutulub.

Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı məsələyə belə aydınlıq gətirib: "Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7-yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlanılıb. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi deyilib.

İcmal.Az

RƏYLƏR