Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

OXUNUB: 908 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 15-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 12-i ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8500 manatdan 1,8609 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0298 manatdan 0,0300 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4758 manatdan 0,4772 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1946 manatdan 2,1979 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6972 manat olub.

 

İcmal.Az

RƏYLƏR