Mançesterdə terror aktı ilə əlaqədar yeddinci şübhəli şəxs saxlanıldı

OXUNUB: 670 DÜNYA

İngiltərənin Mançester şəhərində törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, şübhəli şəxs Naniton (Uorikşir) şəhərində axtarışlar zamanı saxlanılıb. İstintaq terror aktının cinayətkar şəbəkə tərəfindən hazırlandığını ehtimal edir.

Mayın 23-ə keçən gecə Mançesterdə törədilən partlayış nəticəsində 12-si uşaq olmaqla, 22 nəfər ölüb, 120 nəfər yaralanıb, 9 nəfər itkin düşmüş hesab edilir. Hazırda xəstəxanalarda 64 nəfərin müalicə aldığı, yaralılardan 20-nin vəziyyətinin ağır olduğu bildirilir. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İcmal.Az

RƏYLƏR