Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyunların sayında rekordu təkrarlayıb

OXUNUB: 39 İDMAN
Dünya çempionu Maqnus Karlsen şahmat tarixinin rekordunu təkrarlayıb. Norveçli qrossmeyster klassik şahmatdakı məğlubiyyətsiz oyunlar seriyasını 100-ə çatdırıb. 
Bu, Men adasında təşkil olunan beynəlxalq turnirin X turunda rəsmiləşib. Rusiyalı Maksim Matlakovla qarşılaşmada qələbə qazanan M.Karlsen seriyasını 100-ə çatdırıb.
Bunadək yalnız çinli Din Lijen ardıcıl 100 oyunda uduzmamışdı. O, 2017-ci il avqustun 10-dan 2018-ci il noyabrın 10-a qədər məğlubedilməz olub. Din Lijeni 101-ci görüşdə Maksim Vaşye-Laqrav məğlub edib.
M.Karlsenin son məğlubiyyəti isə 2018-ci il iyulun 31-də qeydə alınıb.

RƏYLƏR