Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib - FOTO - VİDEO

OXUNUB: 2026 İDMAN

1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev dünyasını dəyişib

Bu barədə Frans Press agentliyi məlumat yayıb. 

Doçev 80 yaşında dünyasını dəyişib. Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyun sonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.

"Mən Allahın əli barədə danışmağı sevmirəm.  Bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olmuşam. Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi”, - bunu Doçev keçən il qalmaqallı epizodun 30 illik yubileyi ilə əlaqədar Bolqar televiziyasına verdiyi müsahibəsində deyib.  

Boqdan Doçev 1970-1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə bağlı  insidentə görə o, karyerasını başa vurmalı olub. /oxu

 

İcmal.Az

RƏYLƏR