“Maralgöl”də istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub

OXUNUB: 123 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, ictimai iaşə obyektində nöqsanların olduğu üzə çıxıb. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.

Qurumun müfəttişləri nəzarət tədbirlərini davam etdirir. Agentlik əməkdaşları tərəfindən "Radiostansiya” qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Gülnarə Xələfovaya məxsus "Maralgöl” restoranında nöqsanlar aşkar edilib.

Yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb. Sahibkar barəsində inzibati tədbir görülüb.
 
 
İcmal.Az

RƏYLƏR