Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından söz açıb

OXUNUB: 548 SİYASƏT

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mingəçevir şəhərindəki "Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

İcmal.Az "Sputnik”ə istinadən xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana yardımından danışıb.

"Azərbaycana elektrik enerjisi tədarükünün bərpa edilməsində Rusiyanın "İnter RAO” şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mətbuatının məlumatlarına əsasən, şirkət özünü ən yaxşı tərəfdən göstərib və bunu, həmçinin Prezident İlham Əliyev də qeyd edib. 

O, ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən yardıma görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib”, - Zaxarova deyib.

İcmal.Az

RƏYLƏR