Mark Zükerberqin təhlükəsizliyi üçün 1 ildə 20 milyon dollar xərclənib

OXUNUB: 520 MARAQLI
"Facebook"un qurucusu Mark Zükerberqin təhlükəsizliyi üçün 2018-ci ildə 20 milyon dollara yaxın pul xərclənib.

7news xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb. Məlumat "Facebook"un ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənəddə qeyd olunub. Sənəddə bildirilir ki, Zükerberq şirkətdəki fəaliyyətinə görə rəmzi 1 dollar maaş alır, lakin şirkət onun digər xərclərini ödəyir. "Facebook" rəhbəri üçün 2018-ci ildə 22,6 milyon dollar xərclənib. Məbləğin 20 milyonu Mark Zükerberq və onun ailə üzvlərinin təhlükəsizliyi, digər hissəsi isə səfər xərcləri üçün istifadə edilib. 

Qeyd edək ki, təhlükəsizlik xərcləri 2017-ci ildə 7,6, 2016-cı ildə isə 5,1 milyon dollar olmuşdu.

RƏYLƏR