Marsa göndərilən avtombil Yerə çırpıla bilər

OXUNUB: 382 MARAQLI

Dünyaca məşhur "SpaceX” şirkəti yeni layihəsi əsasında ötən ay kosmosa göndərdiyi "Tesla Roadster” avtobomili Yer kürəsinə çırpıla bilər.

Avtomobilin milyonlarla il kosmos boşluqlarında qalma ehtimalı var.

Marsın orbitinə olan səyahətini hədəfini seçərək gerçəkləşdirəcək "Tesla” 6 faiz ehtimalla 2 milyon il ərzində Yer kürəsi, 2,5 faiz ehtimalla isə Venera ilə toqquşa bilər. Avtomobilin planetimizə ilk yaxın keçidi 2091-ci il olaraq hesablanıb. Həmin ildən 3 milyon il sonra "Tesla”nın Yerə düşmə ehtimalı 10 faizə çıxacaq.

Avtomobili kosmosa göndərən üç sürət roketindən birinin daha sürətli işləməsi səbəbilə "Tesla Roadster” planlaşdırıldığı kimi Marsa deyil, asteroid qurşağına doğru istiqamət götürüb.

"SpaceX” İspaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən "Paz” adlı peyki göndərəcəyi "Falcon 9” raketi ilə bərabər iki ədəd sınaq peykini də kosmosa göndərərək bütün dünyanı vahid internet sistemi ilə təmin etməyi düşünür.

Bu həftənin çərşənbə günü Bakı vaxtilə 18:17-də göndəriləcək peykləri daşıyan raketlər vəzifəsini icra etdikdən sonra okeana düşəcək. "SpaceX” bu peyklər barədə detallı məlumat verməsə də, gələn ildən etibarən kosmosa buna bənzər 4425 ədəd kiçik ölçülü peyki Yerin atmosferinə göndərəcəyini açıqlayıb. Dünya miqyasında 7500-dən çox peyklə bütün dünyaya sürətli internet verməyi planlayan şirkət 2025-ci ilə qədər 40 milyon müştərini internetlə təmin etmək niyyətindədir. Bu da şikətin 30 milyard dollar qazanc əldə edəcəyi anlamına gəlir./publika

İcmal.Az

RƏYLƏR