Marsa köçmək istəyənlərin arzusu puç oldu - ARAŞDIRMA

OXUNUB: 614 SOSİAL

Qalaktikamızın "Qırmızı planet"i adlandırılan Marsa insan yaşayışı üçün münbit şərait qurmaq işləri davam edərkən bu çərçivədə aparılan bir araşdırma bütün ehtimalları puça çıxarıb.

NASA-nın dəstəklədiyi bu araşdırmanın nəticəsinə görə, Marsda yaşayışın qurulması düşüncəsi elmi-fantastik fikirdən başqa bir şey deyil.

İnsanoğlunun Marsı yaşana biləcək hala gətirməsi üçün həyata keçirdiyi "dünyalaşdırma siyasəti” sadəcə xəyal olaraq qala bilər. Marsın qütblərindəki buzlaqları əridərək su çıxarmaq planlardan biridir. Digər hədəf isə vulkanik fəaliyyətlərə təsir göstərərək atmosferdə karbon-dioksidin əmələ gəlməsini təmin etmək və beləliklə, planetdə iqlim dəyişikliyini başlatmaqdır. Daha sonra təkhüceyrəli canlıları "Qırmızı planet"ə göndərərək yaradılmış mühitdə həyatlarını davam etdirmələrini təmin etməkdir. Bütün bu mürəkkəb proseslərdən sonra axırıncı mərhələ insanların Marsa köç etməsidir.

"Təbiət Astronomiyası” dərgisində yayımlanan bir məqalə isə bütün bu astronomik proseslərin o qədər də gerçəkçi olmadığını ortaya qoyub. Araşdırma Marsda yetərli qədər karbon-dioksid olmadığını, mövcud karbon-dioksidin isə Marsı Yer kürəsinə çevirməyə bəs etməyəcəyini ortaya çıxarıb.

Bunu Kolorado Universitetinin araşdırmaçılarından olan Bryus Yakoski verdiyi açıqlamasında bildirib. Alim qeyd edib ki, karbon-dioksid qazı asanlıqla əldə edilmir və günümüzdəki texnologiya bu problem qarşısında acizdir./publika

İcmal.Az

RƏYLƏR