Masallı icra başçısının xanım müavini və Binəqədi hakimindən dövlətə qarşı təxribat: "QHT sədrini 2000 manat cərimələdilər"

OXUNUB: 1272 Seçilmiş Önəmli index-manşet
İCMAL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, QHT sədri, ölkəmizi Avropada və dünya miqyasında ləyaqətlə təmsil edən media ekspert Səbuhi Abbasov öz facebook profilində şərh hazıb:
" Deməli cənub bölgəsindən bir şikayətçi var idi, deyirdi Masallı icra başçısının qadın müavini Qafarova Aybəniz başına oyun açır. Şikayəti dərc etdik, sonra o şikayətçinin başına açılan oyun daha da dərinləşdi. Qadın müavin həm Masallı polisi, həm də Binəqədi polisində çalışan qardaşı vasitəsi ilə adamın ailəsinin başına oyun açdı. Nəsə, adam dedi hər şey qaydasındadı, xahiş edirəm şikayətimi sil, yoxsa bizi məhv edəcək. Qərar onundur, mən də şikayətçinin dediklərini yenidən redaktə etdim. Müavin onu "rahatlayandan" sonra məndən xəbərsiz məni məhkəməyə verib, Binəqədi məhkəməsi, hakim Almaz Süleymanova da mənə bildiriş, məktub göndərmədən, iştirakım olmadan məhkəmə edib, qətnamə qəbul edib, 2000 manat cərimələyib falan. Hər 2sinin qadın olması yəqin işləri asanlaşdırıb, amma elədikləri özbaşınalığın fərqinə varmayıblar. Başçının müavininin rayondakı əməlləri, mülkləri, qardaşının Binəqədi polisindəki vorzakonluqları, hakim Almaz Süleymanovanın mənə bildiriş atmadan, dəvət etmədən necə, hansı marağa görə belə qərar çıxarmasını detallarını tez bir zamanda açıqlayacam.
P.S. Deməli adamlar məhkəməni 13 noyabrda ediblər, düz bir ay gözləyib qərarı 13 dekabrda, bu gün mənə yönəldiblər. Özlərində fikirləşiblər ki, 1 ay keçsin ki, adam qərardan şikayət verməsin. Nəisə 2000 manat mənə kəsilən cəriməyə görə bu cinayətdə əli olan hər bir vəzifəlinin 2 milyonluq mülklərinin siyahısı çıxacaq, onların öz vəzifələrindən sui istifadə edərək hansı qanunsuzluqları etdiklərini bütün ölkə biləcək. Belə məmurları vəzifədən atmaq yox, sadəcə küçədə, işıqfordan asmaq lazımdır, vəssalam!" Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov 2004-cü ildən media sektorunda çalışır, 2006-cı ilən QHT sədridir. S.Abbasov son 5 ildə ölkəmizi beynəlxalq tədbirlərdə, Avropa Şurasında, Avropa Parlamentində və bu kimi beynəlxalq qurumlarda ləyaqətlə təmsil edir. Mövzunu davam etdirəcəyikİCMAL.az

RƏYLƏR