Masallıda evə girən oğrular kameraya düşdülər – VİDEO

OXUNUB: 815 HADİSƏ

Masallı rayonu Təzə Alvadı kəndində ev qarət edilib.

İcmal.Az məlumat verir ki, hadisə anı mənzilin təhlükəsizlik kameralarına düşüb. Həmin görüntüləri zərərçəkmiş ev sahibi "Xəzər Xəbər”ə göndərib.

Görüntülərdən aydın olur ki, üzünü parça ilə bağlayan şəxs evə oğurluğa girmək istəyir. Əlcəkli şəxs bunun üçün əvvəlcə xüsusil alətlə pəncərəni açır.

Təhlükəsizlik kamerasına düşən kadrlardan aydın olur ki, oğrular iki nəfərdir. Onlar evdən xeyli məişət əşyası oğurlayıblar.

Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə olmayıblar. Dəymiş ziyana gəlincə isə o, bunun 1500 manata yaxın olduğunu deyir. Hadisədən sonra əraziyə polis gələrək baxış keçirib, görüntülər əsasında oğrular axtarılır.

Həmin görüntüləri təqdim edirik :

İcmal.Az

RƏYLƏR