Masallıda kriminal aləmlə əlaqəsi olan şəxs tutuldu

OXUNUB: 1102 HADİSƏ
Masallı rayon sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb. 

İcmal.Az report-a istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ərkivan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Cəfərov Natiq Nəriman oğlunu saxlayıb. 

N.Cəfərov saxlanılarkən üzərinəki bağlamada 1,5 kiloqram  çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi-sübut kimi götürülüb. 
N.Cəfərov narkotik tərkibli bitkini özü yetişdirdiyini söyləyib. 
Saxlanılan şəxsin kriminal aləmlə sıx əlaqəsinin olduğu bildirilir, əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluq həyatı yaşadığı bildirilir. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR