Masallıda Soyqırım günü 15 yaşlı qıza toy edilir

OXUNUB: 490 HADİSƏ
Bu gün, martın 31-də, azərbaycanlıların soyqırımı olan matəm günündə Masallı rayonunun Təklə Ərazi Vahidinə daxil Sığıncaq kəndində 15 yaşlı qızın yaşlı oğlanla evlənməsi barədə məlumat daxil olub. Qızın ad və soyadının baş hərfləri S. Ə.

Verilən məlumatda toyun ərazi nümayəndəsi ilə şirinlik müqabilində razılaşdığı bildirilir. Toy üçün dəvətnamələr paylanılıb və bu gün 13:00-da toy başlanılıb.

Toyda musiqinin və çəkilişin olmayacağı gələn məlumatlar sırasındadır.

Bəlkə də 2 gəncin xeyrin işini təkcə pandemiya olduğuna görə dilə-dişə salmazdıq. Lakin 15 yaşlı qıza (deyilənə görə, o əvvəllər 13 yaşında nişanlanıb) yüzlərlə azərbaycanlının qətlə yetirildiyi gündə toy etmək sadəcə rüsvayçılıqdır.

Yəqin ki, ərazi nümayəndəsinin tariximizdən tam xəbərsizdir. 10 minə yaxın əhalisi olan bu ərazidə isə seçkilərdən 1 ildən artıq vaxt keçsə də bələdiyyə üzvləri bir yana, bələdiyyə sədrinin kim olduğunu bilən yoxdur.

Məlumatı dəqiqləşdirmək üçün Masallı Rayon İcra hakimiyyətinin əksər şöbələrinə və müavinlərinə, növbətçi otağına, eləcə də "Vatsap” nömrələrinə zəng vurub, mesaj yollasaq da, cavab verən olmadı. Yəqin hamısı nahar yeyir.

Kaş yalan olaydı. Əminik ki, icra başçısı Şahin müəllim xəbər tutsa, bu işə qol qoyanların cəzası ağır olacaq.

Yazı sayta qoyulan anda İHB-nin 1-ci müavini telefonumuza cavab verərək bildirdi ki, biz bu işdən məlumatsızıq və təcili tədbir görəcəyik.

RƏYLƏR