Masallıda sürücünün vuraraq qaçdığı uşağın faciəli sonu

OXUNUB: 820 HADİSƏ
Masallı rayonunda iki həftə öncə avtomobil vuran azyaşlı dünyasını dəyişib.


İcmal.Az-ın "Report"a istinadən xəbərinə görə, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb. Z.Baxışov yoldan keçərkən onu "Toyota Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədən sürücü Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dünyasını dəyişən uşağın atası Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.
 
 
İcmal.Az

RƏYLƏR