Masallıdan Bakıya gələn qonşuların maşınları Salyanda toqquşdu - FOTO

OXUNUB: 699 HADİSƏ

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də Masallı rayonunun Hüseynhacılı kənd sakinlərinə məxsus avtomaşınlar bir-birilə toqquşub.

Bir-birinin ardınca Bakıya gedən qonşuların 44 CA 889 dövlət nömrə nişanlı "OKA" markalı avtomaşının arxadan 10 TN 158 dövlət nömrə nişanlı "Mercedes"ə çırpılması nəticəsində "OKA"nın sərnişini, 57 yaşlı Qənbərova Gülbahar Bilal qızı sağ ayağının qapalı sınıqları xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb./virtualaz

İcmal.Az

RƏYLƏR