“Maşın” şounu bir gündə iki iştirakçı tərk etdi – FOTO

OXUNUB: 992 ŞOU-BİZNES

 

Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında "Qarşıdurma” şüarı ilə yayımlanan "Maşın” şouda daha iki məşhur verilişi tərk edib.

İCMAL.Az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Nadir Qafarzadəni SMS səsverməsinə çıxarıblar. 

O, səs topladığı təqdirdə aktyor Sərxan Kərəmoğlu oyundan uzaqlaşdıracağını bildirib. Sərxan isə gözlənilmədən avtomobildən əlini çəkərək özü şounu tərk edib.

N.Qafarzadə növbəti hədəfinin rejissor Aqil M.Quliyevi olduğunu bildirib. 

Lakin tamaşaçılar buna imkan verməyiblər.  Səsverməyə əsasən, 37,54 faiz səs  toplayan N.Qafarzadə "Maşın”la vidalaşıb.

Qeyd edək ki, veriliş hər gün axşam saat 22:00-da efirə çıxır. 

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.

 

RƏYLƏR