"Maşın" şouya yox deyən Kamilə "Survivor"a gedir?

OXUNUB: 992 ŞOU-BİZNES
Aparıcı Kamilə Babayeva tədbirlərin birində görüntülənib.

O son zamanlar "V element" verilişində 4 aparıcı əvəzinə 3 nəfərin efirə çıxmasından danışıb. Belə ki, Kamilə aparıcıların arasında heç bir küsülülük olmadığını söyləyib:

"Verilişin çəkilişləri öz qaydasında davam edir. İslam Oyunları ilə əlaqədar olaraq bəzən 4 aparıcıdan biri efirdə görünmür. May ayında ölkəmizdə mötəbər tədbirlər keçirildiyi üçün bizim də veriliş qaydamız bir qədər dəyişib. Hər kəsdə olduğu kimi bizim veriliş də tətilə çıxacaq. Onsuz yeni mövsümə start vermək qeyri-mümkündür. Hər halda iyun ayından çəkilişləri dayandırıb istirahətə yollanacağıq".

Aparıcı bir vaxtlar iştirakçısı olduğu "Maşın" realiti-şousunun amansız qaydalarından danışıb: 

"Orda istər-istəməz cəngəllik qanunları işə keçir. Üç və yaxud dörd gündən sonra qruplaşmalar yaranır. Əgər o qruplaşma olmasa oyunun axırına gəlib çıxmaq qeyri-mümkündür. Yarışdan sonra da söz-söhbətləri davam edən adamlara isə ciddi baxmıram. Bizim vaxtımızda əsl savaş gedirdi. 

İndi realiti şoular çoxdu. Sadəcə olaraq onu efirlərə gətirmək lazımdır. Məmnuniyyətlə "Survivor"da iştirak edərdim". /big
 
İcmal.Az




















RƏYLƏR