“Maşın”da onlar yarışacaq – FOTO

OXUNUB: 795 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, teleməkanın ən qalmaqallı proqramı "Maşın” şou Əməkdar artist Murad Dadaşovun təqdimatında yenidən ATV-də start götürür.

"M Group Production”ın istehsalı olan realiti şou mayın 28-də başlayacaq.

Yenə də 18 məşhurun mübarizəyə başlayacağı şouda ilk dəfə və bir neçə dəfə iştirak etmiş məşhur şəxslərin olduğu bildirilsə də, onların kimliyi barədə informasiya verilməyib.

 "Maşın”ın 16-cı sürətində səs-küylü aktrisa Pərvin Abıyeva, müğənni Xuraman Şuşalı və reper Qurd olacaq.

Qeyd edək ki, Abıyeva şouda ikinci dəfə iştirak edəcək. Qurd isə şouda ilk dəfə olacaq./oxu

İcmal.Az

RƏYLƏR